Abaddonu oxuduqdan sonra düşündüm ki, deyəsən, biz də daxili, həqiqi şəxsiyyətimizi yuxuya vermişik və onu oyatmırıq.
Buna görə də rahatlıqla istənilən şəxsiyyət rolunu oynaya bilirik: ailə, dostlar, iş yoldaşları və s. Əsas şəxsiyyət isə daxildə yuxudadır sanki. Bu şəxsiyyətin oyanmağı, digərlərinin ölümü deməkdir.
Ona görə də itirmək qorxusu kimi bir neçə qorxu daha üstün gələrək, həqiqi şəxsiyyəti yuxudan oyatmağa qoymur.
Bir az da düşünsək, görərik ki, nisbətən "icma insanı" rolunu oynayırıq. Hər icmada müxtəlif şəxsiyyət və müxtəlif obrazlar. Sanki hamı bizdən razı olmalıdır. Hər icmada baş verən mənfi situasiya rahatlıqla digər şəxsiyyəti zədələyə bilir. İşdə baş verən problem rahatlıqla ailə münasibətinə təsir edir. Ailədə baş verən problem dostlara təsir edir. Hər şəxsiyyət isə öz icmasını məmnun etməyə çalışır. Bunlar baş verdikcə insan həqiqi "mən"-dən, həqiqi şəxsiyyətdən uzaqlaşdıqca uzaqlaşır.