Modernizm
Hər gün bir az belə vaxtım olanda dərhal düşünürəm ki: "Görəsən, indi nə etməliyəm?". Elə bil həmişə nəsə etmək məcburiyyətindəyəm, sanki nəyəsə gecikirəm.
Qorxuram ki, birdən etmərəm, gələcəyim uğurlu alınmaz, arzularıma çata bilmərəm. Bu fikirlər məni adətən günü produktiv keçirməyəndə tapır. Bu günümə bir "X" qoydum deyə zarafatla söz işlətmişdim, amma dərindən düşünəndə görürəm ki, bu zarafat deyilmiş, elə mənim irrasional inanclarımdan birindən yaranan fikir imiş. Əslində hər gün mənimdir və hər gün gözəldir. (Baxış gözəl olduqca)
​Gələcəyi düşündükcə olduğum andan uzaqlaşıram deyə hal-hazırda olduğum anı yaşamaq üçün gələcəkdən nələrsə verməyə hazıram.
​Amma xoşbəxtəm ki, bu durum məndə davamlı şəkildə olmur və bilirəm ki, çoxumuzda bu problem var. Bu barədə yeni fikirlər eşitsəm və ya kitab tövsiyələri alsam sevinərəm. 🙏
5
0 comments
Ramazan Şahverdiyev
3
Modernizm
powered by
Meraki icması (AZ)
skool.com/meraki-7138
Şəxsi inkişaf istiqamətində sistemli böyümə icması. Öyrənirik, tətbiq edirik və birgə inkişaf edirik.
Build your own community
Bring people together around your passion and get paid.
Powered by