Hər bir kəs xoşbəxtlik axtarışındadır. Kimisi tapıb, kimisi hələ də axtarır. Axtarışda olan insanlar bunu fərqli yollarla yoxlayırlar. Bəzən bu yoxlanışlar həyatı uçuruma da apara bilir. Ətrafımızda da bir neçə insanda buna rast gəlmişik.
Sosial şəbəkələrdən bu cür asılı vəziyyətə gəlməyimizin əsas səbəblərindən biri də xoşbəxtlik axtarışıdır. Elə hey olduğumuz vəziyyətlə üzləşməkdən çəkinib, başqa mənbələrdə hüzur və ya xoşbəxtlik qapısını açmağa çalışırıq.
Əslində, bu sirr başqa qapıda gizlənib və hər gün gözümüzün önündədir. Bizim isə gözümüzə pərdə çəkilib sanki – ətrafında hər gün gəzib bir gün görə bilməməkdir məsələ.
@sahver.ramazan