Basdırılmış hislər... Bəli, bir çoxumuzun daxili bu kimi hisslərlə doludur. Nəyəsə əsəbləşib, nəyəsə üzülüb, nəyəsə sevinib, amma büruzə vermirik. "Birdən səhv anlaşılaram" düşüncəsi, basdırılmış hisslərə bir az da torpaq atır.
Yəqin ki, ən adi bir şey üstündə ağır cinayətlərin baş verdiyini eşitmisiniz. Fikrimcə, o cinayətlərin baş verməsinə bəhanə, həmin o "adi bir şey" adlandırdığımız kiçik bir məfhumdur. Bəli... bəhanə. Bir çoxunun səbəbi, uzun zaman daxildə basdırılmış hislər nəticəsində kinə və aqresiyaya çevrilən şiddətli müqavimətdir.
Bu nə qədər də acı olsa – belədir... 😶